Şriftin ölçüsü :

Saytın rəngi :

04.04.2025-ci il tarixdə “Narkomaniyaya yox deyək”, “Uşaqlara qarşı zorakılığ yolverilməzdir” mövzularında tədbir keçirilib

04 aprel 2025 | 18:17

04.04.2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin və Zərdab Rayon Polis şöbəsinin və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Çallı kənd tam orta ümumtəhsil məktəbində “Narkomaniyaya yox deyək”, “Uşaqlara qarşı zorakılığ yolverilməzdir ”  mövzularında tədbir keçirilib.  

Görüşdə ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, son vaxtlar məhz məktəblilərin və gənclərin hədəf olaraq seçilmələrindən bəhs edilmiş, narkomaniyadan qorunmağın yolları şagirdlərə izah olunmuşdur. Həmçinin şagirdlərin problemlərin öhdəsindən gələ bilən və həll yolları tapa bilən, məsuliyyətli, özünə güvənən, müstəqil bir fərd olaraq yetişdirmək üçün valideyn və məktəb pedoqoji kollektivinin üzərinə düşən vəzifələrdən danışılmış, təhsilin gələcəyimiz üçün önəmli olduğu qeyd olunmuşdur.

Sonda qeyd olunan mövzularda video çarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavblandırılmışdır.

Keçidlər