Şriftin ölçüsü :

Saytın rəngi :

04.07.2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşlarının valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşü keçirildi.

04 iyul 2024 | 18:16

Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşları Zərdab rayonunda qeydiyyatda olan, hazırda “SOS Uşaq Kəndləri-Azərbaycan” Asossasiyası, Gəncə şəhər filialında yaşayan və qohumları ilə görüşməyə gələn valideyn himayəsindən məhrum 3 nəfər azyaşlı  ilə görüşüb. Görüş zamanı azyaşlıların hər biri ilə söhbət aparılaraq, yaşadıqları müəssisədəki mənzil məişət şəraiti, təhsili, sağlamlıq vəziyyətləri ilə bağlı  maraqlanılıb. Həmçinin “SOS Uşaq Kəndləri-Azərbaycan” Asossasiyası, Gəncə şəhər filialının rəhbərliyi ilə əlaqə saxlanılaraq hər 3 uşaq barəsində fərdi məlumatlar götürülmüşdür. Ailəyə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq məhsullarından ibarət sovqat verilmişdir.

Keçidlər