Şriftin ölçüsü :

Saytın rəngi :

05.03.2024-cü il tarixdə “İnsan alveri və məişət zorakılığına qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib

05 mart 2024 | 18:03

İsaqbağı  kənd tam orta məktəbində “İnsan alveri və məişət zorakılığına qarşı mübarizə yolları” mövzusunda müəllimlər, valideynlər və təhsilalanlarla görüş keçirilib. Tədbir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Rayon Polis Şöbəsinin, Gənclər və İdman Sektorunun və İsaqbağı kənd İƏD üzrə nümayəndəliyinin, İsaqbağı bələdiyyəsində yaradılmış “Gender, erkən nikah məsələləri, məişət zorakılığı üzrə mübarizəyə dair Komissiya”sının üzvlərinin iştirakı ilə təşkil olunub.

Tədbirdə çıxış edənlər prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”ndan, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasinin Qanunu”ndan, insan alveri və məişət zorakılığına qarşı dövlətimiz tərəfindən ölkəmizdə aparılan mübarizədən söhbət açıblar.

Sonda qeyd olunan mövzularda videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər