Şriftin ölçüsü :

Saytın rəngi :

05.03.2024-cü il tarixdə İsaqbağı kənd tam orta məktəbində İdeoloji Maarifləndirmə Konsepsiyasına və “2023-2026-cı illər Kommunikasiya Planı”na uyğun olaraq görüş keçirilib

05 mart 2024 | 18:00

İsaqbağı kənd tam orta məktəbində İdeoloji Maarifləndirmə Konsepsiyasına və “2023-2026-cı illər Kommunikasiya Planı”na uyğun olaraq görüş keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, İsaqbağı kənd İƏD üzrə nümayəndə, ərazi üzrə təhsil, səhiyyə və mədəni-maarif müəssisələrinin kollektivləri, gənclər, ərazidə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkün və kənd sakinləri iştirak etmişdir.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin irsi, Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti, postmüharibə dövründə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi tədbirlər, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” və  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, Azərbaycançılıq, vətənpərvərlik mövzulardan bəhs olunmuş, gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.

Keçidlər