Şriftin ölçüsü :

Saytın rəngi :

05.03.2024-cü il tarixdə Zərdab rayon Gənclər Evində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq növbəti görüş keçirilib

05 mart 2024 | 18:44

Görüşdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamil Məmmədov, Rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Əvəz Soltanov, müəssisənin əmək kollektivi, idman müəllimləri və gənc idmançılar iştirak etmişdir.

Görüşdə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən, gəncləri narahat edən problemlərin aradan qaldırılması və onların dövlət idarəçiliyində irəli çəkilməsi məsələlərindən danışılmış, cənab Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində son dövrlərdə respublikamızın idman ölkəsinə çevrilməsi, vətənpərvər, savadlı, istedadlı, milli dəyərlərə bağlı olan sağlam gənclik modelinin formalaşdırılması və müasir idman mühitinin yaradılması mövzuları haqqında məlumat verilmişdir.

Keçidlər