05.04.2024-cü il tarixdə “Narkomaniyaya qarşı mübarizə” və “Sağlam həyat tərzinin təbliği” mövzularında maarifləndirmə tədbiri keçirilib
Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Təhsil sektorunun birgə təşkilatçılığı, 1 saylı məktəb-liseyin, 2, 3 saylı və Gəlmə kənd tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı mübarizə”, “Erkən nikahın mənfi təsirləri”, “Dini radikalizmin fəsadları” mövzularında görüş keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir əvəzi, Rayon Polis şöbəsinin rəisi, Rayon prokuroru, Təhsil sektorunun müdiri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib. Çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, erkən nikahların fəsadlarından, dini radikalizm-ekstremizmin törətdiyi bəlalardan, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən bəhs etdilər. Tədbirdə qeyd olunan mövzulara dair video çarx nümayiş etdirildi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.