05.04.2025-ci il tarixdə 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Nurlan Abdullazadənin xatirəsi yad edilib
05 aprel 2025 | 19:14
2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Böyük Dəkkə kənd sakini Nurlan Abdullazadənin xatirəsi yad edilib. Nurlan Abdullazadənin məzarı və kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət edilib. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının əməkdaşları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin ailəsi ziyarət edilərək xatirəsi yad olunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə və köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.