06 fevral 2026-cı il tarixdə Dəkkəoba kənd tam orta ümumtəhsil məktəbində “Sağlam gənclik yetişdirməliyik” mövzusunda görüş keçirilib
Zərdab Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və Təhsil sektorunun birgə təşkilatılığı ilə Dəkkəoba kənd tam orta ümumtəhsil müəssisəsinin yuxarı sinif şagirdləri ilə görüş keçirilib. Görüş zamanı müasir dövrdə boşanmaların və münaqişəli ailələrin sayının artmasının səbəblərindən olan övladlarımızın böyüyə və kiçiyə hörmət, dürüstlük, mərdlik, sədaqət, xeyirxahlıq, mərhəmət, güzəştə getmək bacarığı və s. kimi ülvi hislərdən məhrum böyüdülməsi nəticəsində milli ailə dəyərlərimizdən uzaqlaşmaları haqqında danışılıb. Həmçinin gün ərzində telefonlardan uzun müddətli istifadə, sosial şəbəkələrdə etik davranış qaydalarına uyğun olmayan görüntülərin çoxalması və azyaşlıların bu videoların təsiri altına düşməsi, uşaqlarda zorakılığa meylliliyin artması, energetik içkilərin fəsadları barədə söhbət açılıb, təhsilin onların həyatındakı önəmi vurğulanıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.






