Şriftin ölçüsü :

Saytın rəngi :

06 may 2026-cı il tarixdə 3 nömrəli tam orta məktəbdə “Özün özünü dərk et” adlı tədbir keçirilib

06 may 2026 | 18:04

Zərdab şəhər H.Aslanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin mənəvi-psixoloji inkişafına dəstək məqsədilə “Özün özünü dərk et” adlı psixologiya gecəsi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi, Zərdab rayon təhsil sektorunun müdiri, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Heydər Əliyev mərkəzinin rəhbəri, müxtəlif ümumtəhsil məktəblərindən psixoloqlar, müəllimlər, valideynlər  digər qonaqlar iştirak etmişlər. Tədbirin əsas məqsədi şagirdlərdə özünüdərk, sağlam düşüncə tərzi, düzgün həyat seçimləri və cəmiyyətə faydalı fərd kimi formalaşma istiqamətində maarifləndirmə işinin aparılması olmuşdur. Tədbirdə çıxış edən qonaqlar gənclərimizin həyatını məhv edən narkotik vasitələr, psixotrop maddələr, erkən nikah problemləri, çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri səbəbindən milli-mənəvi dəyərlərin aşınmasından danışmışlar. Gecə ərzində şagirdlərin təqdimatında mahnılar və şeirlər səsləndirilmiş, cəmiyyət üçün aktual mövzulara həsr olunmuş səhnəciklər nümayiş etdirilmişdir. Xüsusilə erkən nikahın fəsadları, məktəb-valideyn münasibətlərinin əhəmiyyəti, yeniyetmələrin psixoloji inkişafı və sağlam ünsiyyət mövzularını əhatə edən çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Keçidlər