06.08.2026-cı il tarixdəTərtər Regional Qaz İstismarı İdarəsinin Zərdab Xidmət Sahəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
Tədbirdə Tərtər Regional Qaz İstismarı İdarəsinin Zərdab Xidmət Sahəsinin əmək kollektivi iştirak etmişdir. Görüşdə “Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi” və “Müasir dövrdə vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunması və ictimai məsuliyyət” mövzularında çıxışlar edilmişdir. Bildirilib ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzunu daha da artırmış, dövlət müstəqilliyi və milli maraqlar etibarlı şəkildə qorunmuşdur. Vurğulanıb ki, dövlət başçısının çıxışlarında milli birlik, vətəndaş həmrəyliyi, qanunun aliliyi, peşəkarlıq, şəffaf idarəetmə və xalq–dövlət birliyinin möhkəmləndirilməsi daim əsas istiqamətlərdən biri kimi ön plana çəkilir. Çıxışlarda qeyd olunub ki, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası ölkənin sosial-iqtisadi tərəqqisinin təmin olunmasına, dövlət institutlarının daha da gücləndirilməsinə, vətəndaş məmnunluğunun artırılmasına və milli-mənəvi dəyərlərin qorunmasına mühüm töhfələr verir. Sonda iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılmış, ideoloji maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin dövlətçilik dəyərlərinin təbliği, vətənpərvərlik ruhunun gücləndirilməsi və kollektivdə sağlam mənəvi mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilmişdir.






