07.04.2023-cü il tarixdə Zərdab şəhər 2 nömrəli tam orta məktəbində “Məişət zorakılığı və uşaqlara qarşı zorakılıqla necə mübarizə aparmaq olar?” mövzusunda tədbir keçirilib
Zərdab Rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin və Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Zərdab şəhər 2 nömrəli tam orta məktəbində “Məişət zorakılığı və uşaqlara qarşı zorakılıqla necə mübarizə aparmaq olar?” mövzusunda tədbir keçirilib. Çıxış edənlər zorakılığın formaları və uşaqlara qarşı törədilən bu əməllərin bütün dünyada aktual bir problem olduğunu və dünya miqyasında dövlətlərin bu problemlə fasiləsiz mübarizə apardığını qeyd etmişlər. Tədbirdə həmçinin uşaqlara qarşı hansı formada zorakılıqların baş verməsi, kimlərin zorakılığa daha tez məruz qala biləcəyi və bunun qarşısının alınması yollarından bəhs edilib. Sonda qeyd olunan mövzularda video çarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.