Şriftin ölçüsü :

Saytın rəngi :

07.05.2024-cü il tarixdə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşlarının iştirakı ilə monitorinq aparılıb

07 may 2024 | 16:24

07.05.2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti və Polis şöbəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektlərində monitorinq aparıldı. Monitorinq zamanı obyekt sahiblərinə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu”, həmçinin, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi zamanı “İnzibati Xətalar Məcəlləsi“ndə nəzərdə tutulan inzibati tənbeh növləri haqqında  məlumat verildi.

Keçidlər