Şriftin ölçüsü :

Saytın rəngi :

07.12.2022-ci il tarixdə Sarıqya kənd orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

07 dekabr 2022 | 09:53
Zərdab Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 07.12.2022-ci il tarixdə Sarıqya kənd orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər narkomaniyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışıb. Tədbirdə həmçinin erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən bəhs edilib və bunun yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb. Sonda məktəblilərin müzakirə olunan məsələlərlə bağlı sualları cavablandırılıb.
Keçidlər