Şriftin ölçüsü :

Saytın rəngi :

09 İyun 2024-cü il tarixdə Qaravəlli kəndində maarifləndirmə tədbiri keçirilib

09 iyul 2024 | 16:34

Zərdab rayon Qaravəlli kəndində Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı və kənd ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işçilərinin iştirakı ilə maarifləndirmə tədbiri təşkil olunub. Tədbirdə çıxış edənlər ölkəmizdə yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahları ilə bağlı mövcud olan problemlərin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının “Ailə Məcəlləsi”ndə, “Cinayət Məcəlləsi”ndə və “İnzibati Xətalar Məcəlləsi” edilən dəyişikliklər haqqında ətraflı məlumat verib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər