09.04.2024-cü il tarixdə sağlam həyat tərzinin təbliği məqsədilə tədbir keçirilib
Qoruqbağı kənd tam orta məktəbində Zərdab Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Sağlam həyat tərzinin təbliği” mövzusunda təhsilalanlarla görüş keçirilib.
Görüşdə erkən nikah və qohumlar arasında nikahın insan üçün psixoloji və bioloji zərərləri, narkomaniyadan qorunmağın yolları, dini radikalizmin fəsadları şagirdlərə izah olunmuşdur. Həmçinin şagirdlərin problemlərin öhdəsindən gələ bilən və həll yolları tapa bilən, məsuliyyətli, özünə güvənən, müstəqil bir fərd olaraq yetişdirmək üçün valideyn və məktəb pedoqoji kollektivinin üzərinə düşən vəzifələrdən danışılmış, təhsilin gələcəyimiz üçün önəmli olduğu qeyd olunub.
Sonda qeyd olunan mövzularda video çarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.