Şriftin ölçüsü :

Saytın rəngi :

1 AVQUST AZƏRBAYCAN ƏLİFBASI VƏ AZERBAYCAN DİLİ GÜNÜ münasibəti ilə, ,, AZƏRBAYCAN DİLİ -- DÖVLƏTÇİLİYİN SÜTUNU " başlığı altında tədbir keçirilib.

31 iyul 2025 | 18:32
 
31 iyul 2025 ci il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında ,, KONSTUSİYA VƏ SUVERENLİK İLİ " çərçivəsində,Mərkəzi Kitabxananın,şəhər filiallarının və Zərdab Gənclər Evinin birgə iştirakıyla, 1 AVQUST AZƏRBAYCAN ƏLİFBASI VƏ AZERBAYCAN DİLİ GÜNÜ münasibəti ilə,
,, AZƏRBAYCAN DİLİ -- DÖVLƏTÇİLİYİN SÜTUNU " başlığı altında tədbir keçirilib.
Tədbir ULU ÖNDƏRİ VƏ VƏTƏN ŞƏHİDLƏRİNİ 1 dəqiqəlik sükutla,yad eləməklə başladı.
Tədbiri giriş sözü ilə MKS -nin direktoru Nailə Əliyeva açdı. Dilimizin və əlifbamızın əhəmiyyətindən danışaraq, Prezidentin məlum sərəncamını xatırladaraq, dilimizə və əlifbamıza olan dövlət qayğısını və diqqətini xatırlatdı.
Mərkəzi Kitabxananın əməkdaşları Leyla İsgəndərli, Namiq Səfərəliyev, Xanım Abışova və Zərdab Gənclər Evi SXM ın əməkdaşı Cəvahir Murtuzayeva, 4 və 5 saylı şəhər filiallarının müdiri Səidə Xəlilova və Şəlalə çıxış edərək, dilimizin saflığını qorumaq, hamımızın borcudur, qənaətinə gəlindi.
Tədbir iştikaçıların yekdil bir fikri ilə sonlandı : Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.  https://www.facebook.com/share/p/16o2jJcLa7/ 
 
Keçidlər