Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əyləncəli tədbir keçirilib

01 iyun 2026 | 17:38

Zərdab Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli tədbir təşkil olunub. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Veysova çıxış edərək qeyd edib ki, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Uşaqlar üçün xüsusi hazırlanmış şirniyyat süfrəsi açılıb, bayram tortu kəsilib, musiqi sədaları altında müxtəlif əyləncəli proqramlar təqdim olunub. Tədbirin ən yaddaqalan məqamlarından biri isə uşaqların sevimli personajlarının və klounların iştirakı olub. Panda və ayı obrazlarında çıxış edən personajlar uşaqlarla oyunlar oynayıb, rəqs edib, onlarla şəkillər çəkdirərək tədbirə xüsusi rəng qatıblar. Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərmək, onların cəmiyyətə inteqrasiyasını dəstəkləmək, eyni zamanda bayram günündə onlara sevinc və xoş anlar yaşatmaq olub.

Keçidlər