1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kiçik qəlblərin möcüzə günü” adlı musiqili-əyləncəli tədbir keçirilib
1 iyun 2026-cı il tarixində Heydər Əliyev parkında Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi, Zərdab rayonu üzrə gənclər və idman sektorunun, Zərdab Gənclər Evinin və Zərdab Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kiçik qəlblərin möcüzə günü” adlı musiqili-əyləncəli tədbir keçirilib. Tədbirdə çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edərək Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin uşaqlara və gənclərə göstərdiyi diqqət və qayğıdan, bu sahədə aparılan uğurlu siyasətdən bəhs ediblər. Vurğulanıb ki, uşaqların inkişafı və hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Tədbirdə uşaqların ifasında rəqslər, əyləncəli idman növlərinin nümayişi, musiqli şou, uşaqlar üçün üz boyama təşkil olunub. Tədbir konsert proqramı ilə davam edib.






