10 aprel 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Şəftəhal kəndində “Ailə dəyərlərimizi qoruyaq, ailə ənənələrimizə sadiq qalaq” mövzusunda gənc ailələrlə görüş keçirilib
10 aprel 2025 | 18:03
Tədbirdə çıxış edənlər 21-ci əsrdə qloballaşma dediyimiz prosesin mənfi təzahürlərinin xalqımızın milli-mənəvi dəyərlərinə müxtəlif formalarda, gizlin və aşkar şəkildə təcavüz etməsindən, onu məhv etməyə, sıradan çıxarmağa çalışmasından danışmış, həmçinin, sosial-mənəvi mühitin saflığının qorunması üçün keçmişdən gələn ailə dəyərlərimizə sadiqliyin əhəmiyyəti qeyd olunub. Ailə dəyərlərimizi və ənənələrini qorumaq üçün müəllim və valideynlərin üzərinə düşən vəzifələrdən və təhsilin gələcəyimiz üçün önəmindən bəhs edilib.
Sonda “Çinar tək sığındığımız böyük ailəmiz” adlı video-çarx, “Ailənin qurulması və qorunması” adlı təqdimat nümayiş olunub və “Gənc ailələrə tövsiyələr” adlı bukletlər paylanılıb.