10.01.2025-ci il tarixdə “Sağlam həyat tərzinin təbliği” və “Zorakılığın bütün növlərinə yox deyirik” mövzularında tədbir keçirilib
Məlikli kənd tam orta məktəbində Zərdab rayon İcra Hakimiyyətinin və Polis şöbəsinin birgə təşkilatçılığı “Sağlam həyat tərzinin təbliği” və “Zorakılığın bütün növlərinə yox deyirik” mövzularında müəllimlər, valideynlər və təhsilalanlarla görüş keçirilib. Tədbirdə ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, son vaxtlar məhz məktəblilərin və gənclərin hədəf olaraq seçilmələrindən, erkən nikah və qohumlar arasında nikahın insan üçün psixoloji və bioloji zərərləri, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən və təhsilin önəmindən bəhs edilib. Həmçinin ”Uşaq Hüquqları Konvensiyası”, “Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanunu” barədə məlumatlar verilib. Qarşılıqlı müzakirələr şəklində davam edən tədbirdə məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin zorakılıq əlamətlərindən məlumatlı olması və müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Sonda qeyd olunan mövzularda video çarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavblandırılıb.