Şriftin ölçüsü :

Saytın rəngi :

10.02.2026-cı il tarixdə “Sağlam həyat tərzinin təbliği” mövzularında maarifləndirmə tədbiri keçirilib

10 fevral 2026 | 17:53

Zərdab Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Təhsil sektorunun birgə təşkilatçılığı ilə Qaravəlli kənd tam orta ümumtəhsil məktəbində  “Sağlam həyat tərzinin təbliği” mövzularında məktəblilər və valideynlərlə görüş keçirilib. Tədbirdə çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, narkotik və psixotrop maddələrin insan orqanizminə vurduğu ziyanlardan, erkən nikahların fəsadlarından, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən bəhs ediblər. Tədbirdə qeyd olunan mövzulara dair video çarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər