Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI SƏYYAR QƏBUL KEÇİRDİ

29 avqust 2013 | 15:00

Bu gün Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev rayonun Məlikumudlu kəndində yerli sakinlərlə səyyar qəbul keçirib. Qəbulun əvvəlində Rayon İcra Hakimiyyətinin Başçısı son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verib. O, bildirib ki, kəndlərə qaz xəttinin çəkilişi davam etdirilir. Gəlmə, Salahlı, Hüseynxanlı, Xanməmmədli kəndlərinə qaz xəttinin çəkilişi başa çatıb. Dəkkəoba, Pərvanlı, Gödəkqobu, Lələağacı, Yarməmmədbağı və digər kəndlərə qaz xətti çəkilir. Su və kanalizasiya xəttinin çəkilişi davam etdirilir. Çallı, İsaqbağı və Aşağı Seyidlər kəndlərində yeni məktəb binaları tikilir. İcra başçısı öz çıxışında bu səyyar qəbulların ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini və bu tip görüşlərin əhəmiyyətini xüsusilə vurğulayıb.

Daha sonra sakinlər respublikamızda və eləcə də rayonumuzda gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Kənd sakinləri Şahgəldi Əkbərov, Oruc Cəbrayılov, Zülfüqar Nağıyev, Rafiq Şıxəliyev, Ətraf Dünyamalıyev, Mətanət Abdurəhmanova və başqaları çıxış edərək kəndə təbii qaz xəttinin çəkilməsi, kənddə uşaq bağçasının açılması, kənddaxili su kanallarının təmizlənməsi, kəndə gələn mərkəzi yola asfalt örtük vurulması, ərazidəki əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırması və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Rayon rəhbərliyi qaldırılan təkliflərin diqqətdən kənarda qalmayacağını vurğulayaraq ayrı-ayrı təkliflərin həlli istiqamətində səyyar qəbulda iştirak edən xidmət təşkilatlarının rəhbərlərinə tapşırıqlarını verib.

Səyyar qəbuldan dərhal sonra əlaqədar nazirlik və komitələrə kənd sakinlərinin təklif etdiyi məsələlər barədə rəsmi müraciətlər edilib.
 

Keçidlər