Şriftin ölçüsü :

Saytın rəngi :

10.10.2025-ci il tarixdə RİH başçısı yanında yaradılmış “Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə qrupu”nun 9 aylıq hesabat iclası keçirilib

10 oktyabr 2025 | 17:30

"Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə qrupu"nun üzvlərinin iştirakı ilə təşkil olunmuş hesabat iclasında qrup üzvlərinin  hər birinin öz sahələri üzrə hesabatları dinlənilib. Rayon ərazisində baş verən zorakılıq halları və onların qarşısının alınması üçün qurumlararası əlaqələrin gücləndirilməsinin vacibliyi önə çəkilərək, monitorinqlərin və  əhali arasında maarifləndirmə tədbirlərinin daha çox keçirilməsi və rayon ərazisində münaqişəli, risk qrupuna aid olan ailələrin müəyyən edilərək siyahıya alınması qrup üzvlərinə tövsiyə olunub.

Keçidlər