Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI TƏLƏBƏLƏRLƏ GÖRÜŞDÜ

04 sentyabr 2013 | 15:00

Dünən axşam saatlarında Zərdab şəhərinin Heydər Əliyev parkında 2013-cü ildə ali məktəblərə qəbul olunmuş məzunlarla rayon rəhbərinin görüşü olub. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər respublikamızın bütün regionlarında olduğu kimi Zərdab rayonunda da təhsilin inkişafı istiqamətində xeyli iş görülüb. Son 10 ildə rayonumuzda 13 yeni məktəb binası tikilib istifadəyə verilib, 1 məktəb əsaslı təmir edilib, hazırda 4 məktəb, o cümlədən Çallı kəndində 360, İsaqbağı kəndində 220, Aşağı Seyidlər kəndində 80, yeni qəsəbədə 132 şagird yerlik yeni məktəb binaları açılış üçün tam hazırdır. Natiq qeyd edib ki, Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən TQDK tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının bölgələrdə keçirilməsi rayon ictimaiyyətinin böyük sevincinə səbəb olub, məzunlar da ölkə başçısının bu diqqət-qayğısına əldə etdikləri yüksək nəticələrlə cavab veriblər. Belə ki, 2013-cü ildə rayonun 135 məzunu müxtəlif ali məktəblərə qəbul olunub, onlardan 6 nəfəri 600-dən çox bal toplayıb.

Görüşdə Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev, qəbul imtahanlarında 600-dən çox bal toplamış tələbələr, onların valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezidentimiz cənab  İlham Əliyevə öz səmimi minnətdarlıqlarını bildiriblər.

Sonda 600-dən çox bal toplamış tələbələrə qiymətli hədiyyələr verilib və onların şərəfinə böyük konsert proqramı təşkil edilib.
 

Keçidlər