Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda vaksinasiyaya start verildi

21 yanvar 2021 | 16:00

Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 19-dan başlanan əhalinin vaksinləşmə prosesinə bu gündən Zərdab rayonunda start verilmişdir. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonumuzda əhalinin vaksinləşmə prosesinə rəhbərlik etmək üçün Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə qərargah və xüsusi qrup yaradılmışdır. İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İƏD üzrə nümayəndəliklərinə aidiyyəti qurumlarla birlikdə əhali arasında təşkilati-izahat işləri aparmaqla vaksinləşmə prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün zəruri tədbirlər görülməsi tapşırılmışdır.
Başlanan bu mühüm tədbirlə bağlı vaksinlər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayona gətirilmiş, rayon mərkəzi xəstəxanasının binasında xüsusi vaksin otağı ayrılmış, burada vaksinləşmənin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılmışdır.
Vaksinlər ilk olaraq xüsusi risk qrupuna daxil olduqları üçün tibb işçilərinə vurulur.

 

Keçidlər