Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDAB UŞAQLARI “BİZ SÜLH İSTƏYİRİK” DEDİLƏR

12 sentyabr 2013 | 15:00

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə bu il ənənəvi olaraq, avqustun 21-dən sentyabrın 21-dək Azərbaycanda "Sülh aylığı" keçirilir. 
Bu münasibətlə 11 sentyabr 2013-cü il tarixdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində maarifləndirici tədbir keçirilib.
Beynəlxalq sülh günu ərəfəsində keçirilən tədbirdə bildirilib ki, 21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Sülh - əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişafdır. Sülhün carçıları isə gələcəyimiz olan uşaqlardır. Yəni uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar.
Tədbirdə xüsusi olaraq qeyd olunub ki, əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, dünyanın ən sülhsevər, ən tolerant xalqlarından biri olan Azərbaycanın vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən ən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi.
Mərkəzin binasının qarşısında təşkil olunan tədbirdə uşaqlar sülhlə bağlı təsəvvürlərini dilə gətirərək şeirlər, mahnılar söyləyib və asfalt üzərində sülhü əks etdirən şəkillər çəkiblər.

Keçidlər