"İkinci Qarabağ müharibəsi dövründə Siz xalqımızı “dəmir” yumruq altında sıx birləşdirməklə və rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində bizə böyük zəfər qazandırdınız"
19 yanvar 2021 | 16:00
Müzəffər Ali Baş Komandan!
Mən Sizə Zərdab rayonunun Yuxarı Seyidlər kəndindən yazıram. Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində biz qalib gəldik. Buna görə Sizə ürəkdən təşəkkür edirəm.
İkinci Qarabağ müharibəsi dövründə Siz xalqımızı “dəmir” yumruq altında sıx birləşdirməklə və rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində bizə böyük zəfər qazandırdınız. Hazırda hamımız böyük qələbə əzmini sevinc və qürur hissi ilə yaşayırıq.
Sizə və ailə üzvlərinizə cansağlığı, uzun ömür arzulayır, gələcək işlərinizdə yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
Abdurəhmanov Elçin
Azərbaycan Respublikası, Zərdab rayonu, Yuxarı Seyidlər kəndi.