Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI MƏDƏNİYYƏT İŞÇİLƏRİ İLƏ GÖRÜŞDÜ

13 sentyabr 2013 | 15:00

12 sentyabr 2013-cü il tarixdə şəhər mədəniyyət evində Zərdab rayonunun mədəniyyət işçiləri ilə Rayon İcra Hakimiyyəti Başçısının görüşü olub. İcra başçısı Lütvəli Babayev son illər respublikada və rayonda görülən işlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermiş, 7 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Zərdaba səfəri, səfərdən sonra imzaladığı sərəncam bir daha minnətdarlıq hissi ilə xatırlanmışdır.

Görüşdə rayonun mədəniyyət işçiləri tərəfindən son dövrdə görülən işlər, həyata keçirilən çoxsaylı və rəngarəng müxtəlif mədəni-kütləvi tədbirlər də razılıqla vurğulanıb.

Görüş iştirakçıları bütövlükdə rayonda görülən tikinti, quruculuq və abadlıq işlərinə görə, xüsusilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2013-cü ildə “Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” və “Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında” imzaladığı sərəncamlara görə dövlətimizin başçısına səmimi təşəkkürlərini çatdırıblar.

Görüşün sonunda rayonun mədəniyyət işçiləri 2013-cü ilin 9 oktyabrında keçiriləcək prezident seçkilərində ən layiqli namizədi dəstəkləyəcəklərini bildiriblər.
 

Keçidlər