Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon Təhsil Şöbəsinin təşəbbüsü və Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə məhdud tərkibdə görüş keçirilmişdir

28 yanvar 2021 | 16:00

Zərdab RTŞ-nin təşəbbüsü və Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə məhdud tərkibdə görüş keçirilmişdir.
Zərdab RTŞ-nin akt zalında baş tutan görüşü giriş sözü ilə açan RTŞ-nin müdiri Gülağa İsgəndərov tədbirin təşkilində göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə təşəkkürünü və Vətən qarşısında öz borcunu layiqincə yerinə yetirən şəxslərə minnətdarlığını bildirmişdir. Həmçinin şəhidlərimizin ruhuna rəhmət diləmiş, qazilərimizin tez bir zamanda sağalmasını arzulamışdır.
Daha sonra tədbirdə qonaq qismində iştirak edən Zərdab RİH-nin məsul işçisi Xəyalə Veyisova çıxış edərək rayon rəhbəri cənab M.Camalzadənin salamlarını görüş iştirakçılarına çatdırmış, Vətən müharibəsi iştirakçıları üzərində daim dövlətimizin ali qayğısının olmasını vurğulamışdır.
Sonda Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Zərdab rayon Komitəsi tərəfindən qiymətli hədiyyələr ilə təltif edilmişdir.

Keçidlər