Şriftin ölçüsü :

Saytın rəngi :

Deputat: “Dünya bir daha güclü Azərbaycanı və onun güclü liderini gördü”

01 fevral 2021 | 16:00

Yaz sessiyasının qanunvericilik işləri planında nəzərdə tutulan məsələlər, qanunvericilik aktları ölkəmizin inkişafı, tərəqqisi üçün töhfə verəcək qanunvericilik aktlardır. Bunlar çox mühüm məsələlər və addımlardır. Bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva yaz sesiyasının ilk iclasında deyib. O, bildirib ki, istər İkinci Vətən Müharibəsi, istər möhtəşəm Qələbə, istərsə qazanılan tarixi Zəfərdən sonra görülən işlər Azərbaycanın bir daha gücünü, bir daha əzmini, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin bir daha iradəsini və bir daha qətiyyətini göstərdi, nümayiş etdirdi. Onun sözlərinə görə, dünya qarşısında daha güclü Azərbaycanı və onun güclü liderini gördü. Komitə sədrinin müavini eyni zamanda bildirib ki, qarşıda ölkəni çox böyük işlər, hədəflər, xüsusilə, Qarabağın bərpası və dirçəldilməsi gözləyir. J.Əliyeva bu baxımdan, Qarabağın, işğal olunmuş ərazilərimizin bərpası və dirçəldilməsi yönündə qanunvercilik aktlarının qəbulunun və mövcud olanların təkmilləşdirilməsinin vacibliyini bildirib.

Keçidlər