Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

02 fevral 2021 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 69 nəfərdir. Zərdab rayonunda  01 yanvar 2021-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2020-ci il ərzində Zərdab rayonun əhalisinin sayı 185 nəfər və ya 0,3 faiz artaraq 59524 nəfərə çatmışdır. Əhalinin 20,0 faizi şəhər, 80,0 faizi isə kənd yerlərində yaşayır.
2020-ci il ərzində ilkin hesablamalara görə rayonda 533, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur  ki, onların da 14,3 faizi şəhər və qəsəbələrdə, 85,7 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 14,7-dən 9,0-a qədər azalmışdır. Hesabat dövründə  Zərdab rayonunda 399 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 2 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 1-4 yaşda - 4, 5-9 yaşda 1, 10-14 yaşda 1, 15-19 yaşda 2, 25-29 yaşda 1, 30-34 yaşda - 4, 35-39 yaşda – 2, 40-44 yaşda - 7,  45-49  yaşda - 8, 50-54 yaşda - 17, 55-59 yaşda - 30, 60-64 yaşda - 25, 65-69 yaşda - 46, 70-74 yaşda - 36, 75-79 yaşda - 43, 80-84 yaşda - 96, 85 yaşdan yuxarı - 74 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,3-dən 6,7-yə qədər artmışdır.
Rayon üzrə təbii artım 134 nəfər olmuşdur.
Cari il ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə  147 nigah və 61 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4-dən 2,5-ə qədər düşmüşdür.  Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2-dən 1,0-a qədər azalmışdır.
2020-ci ilin yanvar-dekabr ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 68 nəfər, rayondan isə 17 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 51 nəfər  təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər