Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci il ərzində pərakəndə ticarət dövriyyəsi

02 fevral 2021 | 16:00

2020-cii il ərzində pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri real ifadədə 79800,0 min manat olmuşdur. Ticarət dövriyyəsinin 48901,5 min manatını (61,3%) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30898,5 min manatını (38,7%) qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 61,3 faizi ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının, 38,7 faizi geyimlər və ayaqqabıların, elektrik mallarının, avtomobil yanacağının, əczaçılıq və tibbi malların, mebellərin, telekommunikasiya avadanlıqlarının və digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur. 2020-cii il ərzində istehlak məhsullarının 8,4 faizi hüquqi şəxs statuslu müəssisələr, 91,6 faizi fiziki şəxslər tərəfindən satılmışdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər