2020-ci il ərzində sənaye istehsalı 12,8 % artıb
Zərdab rayon sənayesində il ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı və xidmətlərin göstərilməsi 12,8 faiz artaraq 7281,6 min manat olmuşdur.
Dövr ərzində sənaye məhsulunun 33,6 faizi emal sektorunda istehsal olunmuş, göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 58,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,7 faiz təşkil etmişdir
2020-ci ilin yanvar-dekabr aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə emal sektorunda istehsalın həcmi 34,6 faiz artmışdır. Emal sektorunda qida məhsulların istehsalı 73,2 faiz, tikinti materialların istehsalı 1,3 faiz, hazır metal məmulatların istehsalı 24,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 0,7 faiz təşkil etmişdir.
2020-ci ilin yanvar-dekabr aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,1 faiz artmışdır.
2020-cı ilin yanvar-dekabr ayları ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı 316 nəfər, оrta aylıq əmək haqqı 450,4 manat olmuşdur. Sənaye sahəsi üzrə çalışanların 44,6 faizi elektrik enerjisi və qazın istehsalı və bölüşdürülməsi sahəsində , 39,9 faizi su təchizatı, tullantıların təmizlənməsi sahəsində, 16,5 faizi emal sənayesində çalışanlardır.
Zərdab Rayon Statistika Idarəsi