Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq inkişaf yolundadır

02 fevral 2021 | 16:00

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta, yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub.  Hazırda rayonda (01 yanvar 2021-ci il vəziyyətinə) 54820 baş iri buynuzlu, 114813 baş xırda buynuzlu heyvan var. 01 yanvar  2021-ci il tarixə ət istehsalı 43771,0 sentner, süd istehsalı 319597,0 sentner, yumurta istehsalı 8078,0 min ədəd, yun istehsalı 2092,0 senter olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 12 sentner, süd istehsalı 13 sentner, yumurta istehsalı  1 min ədəd, yun istehsalı 15 sentner  artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2020-cii il ərzində 3314 baş inək və düyələrdə süni mayalanma aparılmış, 2576 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər