"Sizin komandanlığınızla işğaldan azad olunmuş bütün torpaqlarımızda, şəhərlərimizdə və kəndlərimizdə müqəddəs bayrağımızın dalğalanması əbədi olacaq."
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Son illər ərzində Sizin tərəfinizdən ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi nəticəsində Ordumuzun gücü və döyüş potensialı yüksək səviyyəyə çatmışdır. Odur ki müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş avadanlıqları ilə təmin olunmuş Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri düşmənə layiqli cavab verdilər. Hər bir işiniz xalq tərəfindən dəstəklənir. Sizin yürütdüyünüz daxili və xarici siyasət nəticəsində biz düşmənə əsl gücümüzü göstərə bildik. Sizin komandanlığınızla başlanan cəbhəboyu əks-hücumlar nəticəsində şanlı Ordumuz işğal altında olan torpaqlarımızı azad etmiş və dövlət sərhədləri bərpa olunmuşdur. Cənab Prezident torpaqlarımızın işğaldan azad edilməsi hər bir Azərbaycan vətəndaşı kimi, məni də qürurlandırmışdır. Bu münasibətlə Sizi və xalqımızı təbrik edirəm. Şübhəsiz ki, bu nəticələrin əldə olunmağının kökündə Sizin inamlı və uzaqgörən siyasətiniz dayanır. Bir Azərbaycan vətəndaşı kimi, mən də əminəm ki, Sizin komandanlığınızla işğaldan azad olunmuş bütün torpaqlarımızda, şəhərlərimizdə və kəndlərimizdə müqəddəs bayrağımızın dalğalanması əbədi olacaq. Biz Sizin bütün əmr və qərarlarınızı dəstəkləyirik.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
İsmayılov Fərman Tərlan oğlu
Əsədov Habil Döylətxan oğlu
İsmayılov Rəhman Tərlan oğlu və başqaları (10 nəfər)
Azərbaycan Respublikası, Zərdab rayonu, Alıcanlı kəndi.