Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyətində videoformatda müşavirə keçirilib

11 fevral 2021 | 16:00

Fevralın 11-də Zərdab Rayon İcra Hakimiyyətində icra başçısı Mərdan Camalzadənin sədrliyi ilə “2020-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” videoformatda müşavirə keçirilib.
İcra başçısı çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində qarşıya qoyulmuş vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb və rayon ərazisində bu istiqamətdə görülən işlər barədə məlumat verib.
Zərdab rayonunun 2020-ci ildə sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr barədə videoçarx nümayiş etdirildikdən sonra, icra başçısı aidiyyəti rəhbər vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.
Zərdab rayonu üzrə maliyyə şöbəsinin rəisi Etibar Hacıyev, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Ruslan Nemətov çıxış edərək rəhbərlik etdikləri sahələrdə görülmüş işlər haqqında məlumat vermiş, eyni zamanda ölkəmizdə insanların rifahının yaxşılaşdırılması və sağlamlıqlarının qorunmasına Azərbaycan dövləti tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər