Millət vəkili Jalə Əliyeva Zərdab rayonunda seçiciləri ilə online formatda növbəti qəbulunu keçirib
13 fevral 2021 | 16:00
Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva bu gün Zərdab rayonunda seçiciləri ilə online formatda növbəti qəbulunu keçirib. Qəbulda 21 nəfər iştirak edib. 4 saat davam edən videoqəbulda vətəndaşların müxtəlif səpkili xahiş və təklifləri dinlənilib.