Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir təyin olunub

23 fevral 2021 | 16:00

Cənab Prezident İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 7 yanvar 2021-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Zərdab Rayon İcra Hakimiyyəti başçısının 19.01.2021-ci il tarixli sərəncamı ilə Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb. Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə hazırda  ehtiyatda olan polkovnik-leytenant  Bayramov Zinhar Beydulla oğlu şöbənin müdiri vəzifəsinə təyin edilib.
Bildiririk ki, Z.Bayramov 14 oktyabr  2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixədək Vətən müharibəsi döyüşlərində iştirak edib, Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.

Keçidlər