Şriftin ölçüsü :

Saytın rəngi :

DEPUTAT JALƏ ƏLİYEVA: "Zərdab rayonunda yaşayan 51 qazi ailəsinə sovqatımız olan ərzaq yardımını göndərdik"

18 fevral 2021 | 16:00

Dəyərli həmyerlilər!  Şanlı Qələbəmizdən sonra  qazi ailələrinə dəstək məqsədi ilə start verdiyimiz  layihənin ilk mərhələsi oıaraq, ötən gün  Zərdab rayonunda yaşayan 51 qazi ailəsinə sovqatımız olan ərzaq yardımını göndərdik. Xəbər verdiyimiz kimi, layihə çərçivəsində qazilərin sosial, hüquqi, tibbi problemləri hər zaman diqqət mərkəzində saxlanılacaq, müvafiq yardımlar göstəriləcəkdir. Biz, Azərbaycanda  sosial sahədə əsas prioritetlərdən biri kimi şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi ilə bağlı dövlət siyasətinə birinci növbədə bir vətəndaş kimi dəstək olmağa çalışırıq.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən müqəddəs şəhid ruhlarına və sağlamlığını fəda edən qazilərimizə bir ömür boyu borcluyuq!
Unutmarıq və Unutdurmarıq!
Layihəmizə dəstək verən, adlarını daha əvvəlki məlumatlarımızda açıqladığımız dəyərli həmyerlilərimizə, eyni zamanda sovqat qutularının təşkili və paylanmasında bizə yaxından kömək edən millət vəkili Jalə Əliyevanın köməkçisi Firdovsi Eyvazova,  Zərdab Sunny marketin əməkdaşı Ülvi İsrafilova və gənc könüllü Tofiq Qədimova xüsusi təşəkkürümüzü bildiririk.
Hörmətlə, Həsən bəy Zərdabi İrs Mərkəzi

https://www.facebook.com/DeputyofAzerbaijanOfficial

Keçidlər