İcra başçısı 28 ildən sonra məzarı tapılan şəhid həmyerlimizin ailəsini ziyarət edib
21 aprel 2021 | 16:00
Zərdab rayonunun Qaravəlli kənd sakini, Abdullayev Vüqar İsa oğlu 1993-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun ölüm xəbəri ailəsinə verilsə də, nəşi tapılmayıb. Bir neçə gün öncə ailəyə Abdullayev Vüqar İsa oğlunun məzarının Kəlbəcər rayonunun Şırram kahası adlanan ərazidə tapıldığı xəbəri verilib.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Zərdab bölməsinin rəisi Asif Əhədov 28 ildən sonra məzarı tapılan şəhidin ailəsi ilə görüşüb, onlara baş sağlığı veriblər.