Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığı gənclərə təbliğ olundu
22 aprel 2021-ci il tarixdə Zərdab Rayon Gənclər və İdman idarəsi tərəfindən “Südüm sənə halal olmaz sən baş əysən düşmənə” mövzusunda Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü keçirildi. Görüşü giriş sözü ilə Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev açıq elan etdikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini, elmlər doktoru, professor, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi Jalə xanım Əliyeva 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qələbəsindən, xalqımızın birliyindən, haqq savaşımızda qəhrəman vətən övladlarının göstərdikləri şücaətdən bəhs edərək, şəhid ailələrinin, müharibə iştirakçılarının, veteran və əlillərin daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanıldığını bildirdi.
Görüşdə çıxış edən vətən müharibəsi iştirakçıları - Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, Zərdab rayonundan ehtiyyatda olan zabit Elvin Xəlilov, Xüsusi Təyinatlı Qüvvələrin giziri Cavid Həsənov, əsgər Hikmət Qasımov, Saatlı rayonundan zabit Həsən Mehdiyev keçdikləri döyüş yolundan, 44 günlük haqq savaşında neçə illərdir işğal altındakı torpaqlarımızın, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin işğaldan azad edilməsindən, vətən müharibəsində ordumuzun əsgər və zabitlərinin yüksək döyüş ruhundan, həmçinin Ağsu rayonundan olan şəhid Vuqar Quliyevin anası Könül Quliyeva, Kürdəmir rayonundan şəhid Tural Eyyubovun bacısı Bəhruzə Eyyubova şəhidlərimizlə olan xatirələrindən, onların vətən uğurunda canlarını fəda etmələrindən bəhs etdilər, dövlətimiz tərəfindən şəhid ailələrinə həmçinin müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildirdilər.
Görüşdə həmyerlimiz, gənc ziyalımız, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi və sədri Seymur Bayramov, Bıçaqçı kənd tam orta məktəbinin müəllimi, fəal gəncimiz Jalə Kərimli çıxış edərək 27 sentyabr 2020-ci il tarixdə mənfur düşmənlərimizin növbəti təxribatına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən əks-hücum əməliyyatlarının müvəffəqiyyətlə həyata keçirilməsindən, möhtəşəm qələbəmizin Azərbaycan tarixinə qızıl hərflərlə yazılmasından bəhs etdilər, şəhidlərimizin və müharibə iştirakçılarının qəhrəmanlıqlarının təbliği məqsədi ilə keçirilən bu kimi tədbirlərin əhəmiyyətini vurğuladılar.
Sonda Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev görüşdə iştirak edən rəsmi qonaqlara, şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına təşəkkürünü bildirdi, qəhrəman vətən övladlarının göstərdikləri şücaətlərin hər bir gənc üçün bir örnək olduğunu diqqətə çatdırdı.
https://www.facebook.com/permalink.php?story_fbid=4674576872569153&id=402071176486432