“11 oktyabr - Qızlar Günü” münasibətilə maarifləndirici tədbir keçirilib
08 oktyabr 2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “11 oktyabr - Qızlar Günü” münasibətilə maarifləndirici tədbir keçirilib. H.Zərdabi adına 1 nömrəli məktəb-liseydə keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu Mübariz Quluyev, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Nərmin Zərdabi və ailələr iştirak ediblər. Tədbirdə çıxış edənlər cins əsaslı ayrı-seçkiliyin və bərabərsizliyin aradan qaldırılması məqsədilə qızlara və qadınlara dəstək tədbirlərinin genişləndirilməsi, stereotiplərin aradan qaldırılması istiqamətində təbliğatın və maarifləndirmə tədbirlərinin gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Sonda maarifləndirci videoçarx nümayiş olunub, bukletlər paylanılıb.






