Zərdablı kümçülərə ipəkqurdu paylanılıb
Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülmüşdür.
Rayon üzrə 2016-cı ildə 5710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq, 2019-cu ildə 71 ton 539 kq, 2020-ci ildə 61 ton 635 kq barama tədarük edilmişdir.
Zərdablı kümçülərdən 3 nəfəri 2-ci dərəcəli, 1 nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir. Kümçülər cari mövsümdə daha yüksək nəticələr əldə etmək əzmindədirlər. Rayonda ipəkqurdlarını bəsləmək üçün kifayət qədər yem bazası da vardır.
2021-ci ilin məhsulu üçün Qax Damazlıq İpəkçilik stansiyasından 1550 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanmışdır.
Kümçülərə barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlar verilmişdir.