Şriftin ölçüsü :

Saytın rəngi :

11.02.2025-ci il tarixdə “Himayədar ailə” qayğı modeli sahəsində məlumatlılığın artırılması məqsədilə tədbir keçirilib

11 fevral 2025 | 15:18

11.02.2025-ci il tarixdə Rayon Mədəniyyət Mərkəzində İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran regional filialının birgə təşkilatçılığı, idarə, müəssisə və təşkilat nümayəndələrinin iştirakı  ilə  dəyirmi masa təşkil olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova, SXA-nın Mərkəzi Aran regional filialının müdiri Həzrət Orucov, müdir müavini Arzuman Kosayev, böyük mütəxəssis Eldar Xəlilov, aparıcı mütəxəssis Elçin Bayramov çıxış edərək “Himayədar ailə” qayğı modeli barəsində iştirakçılara geniş məlumat veriblər. Sonda “Himayədar ailə” qayğı modeli barədə təqdimat nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər