Şriftin ölçüsü :

Saytın rəngi :

2021-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi

30 aprel 2021 | 16:00

2021-ci ilin yanvar-mart ayları ərzində pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri real ifadədə 21780,0 min manat olmuşdur. Ticarət dövriyyəsinin 13580,9 min manatını (62,4%) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8199,1 min manatını (37,6%) qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 62,4 faizi ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının, 37,6 faizi geyimlər və ayaqqabıların, elektrik mallarının, avtomobil yanacağının, əczaçılıq və tibbi malların, mebellərin, telekommunikasiya avadanlıqlarının və digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur. 2021-ci ilin yanvar –mart ayları ərzində istehlak məhsullarının 6,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 93,1 faizi fiziki şəxslər tərəfindən satılmışdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər