Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq inkişaf etdirilir

30 aprel 2021 | 16:00

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub.  Hazırda rayonda (01 aprel 2021-ci il vəziyyətinə) 54834 baş iri buynuzlu, 114969 baş xırda buynuzlu heyvan var. 01 aprel  2021-ci il tarixə ət istehsalı 10831,0 sentner, süd istehsalı 64536,0 sentner, yumurta istehsalı 2029,0 min ədəd olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 7 sentner, süd istehsalı 25 sentner, yumurta istehsalı  1 min ədəd artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2021-ci ilin yanvar-mart ayları ərzində 1166 baş inək və düyələrdə süni mayalanma aparılmış, 637 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.


Zərdab Rayon Statistika İdarəsi

Keçidlər