Şriftin ölçüsü :

Saytın rəngi :

2021-ci ilin yanvar-mart ayları ərzində sənaye istehsalı 87,9 % artıb

30 aprel 2021 | 16:00

Zərdab rayon sənayesində rüb ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı və xidmətlərin göstərilməsi 87,9 faiz artaraq 3466,8 min manat  olmuşdur.
Dövr ərzində sənaye məhsulunun 57,3 faizi emal sektorunda istehsal olunmuş,  göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 38,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,1 faiz təşkil etmişdir 
2021-ci ilin yanvar-mart aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə emal sektorunda istehsalın həcmi təqribən 4 dəfə artmışdır. Emal sektorunda qida məhsulların istehsalı  88,7 faiz, içki istehsalı 0,1 faiz,  tikinti materialların istehsalı 0,5 faiz, hazır metal məmulatların istehsalı 10,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 0,3 faiz təşkil etmişdir.
2021-ci ilin yanvar-mart aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 18,2 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə  7,7 faiz azalmışdır.
2021-cı ilin  yanvar-mart ayları ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı  273 nəfər, оrta aylıq əmək haqqı 456,1 manat  olmuşdur. Sənaye sahəsi üzrə çalışanların 41,0 faizi elektrik enerjisi və qazın istehsalı və bölüşdürülməsi sahəsində , 44,0 faizi su təchizatı, tullantıların təmizlənməsi sahəsində, 15,0 faizi emal sənayesində çalışanlardır.


  Zərdab rayon Statistika idarəsi

Keçidlər