11.06.2025-ci il tarixdə “İnsan Hüquqları Aylığı” çərçivəsində və 12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü münasibətilə dəyirmi masa təşkil olunub
Zərdab Gənclər evində “İnsan Hüquqları Aylığı” çərçivəsində və 12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü münasibətilə Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə bələdiyyə, təhsil, səhiyyə və Gənclər İdman Sektorunun nümayəndələri iştirak edib.
Dəyirmi masada çıxış edənlər bildiriblər ki, bu günün keçirilməsinin məqsədi cəmiyyətin diqqətini mövcud problemə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır.
Müzakirələr zamanı ölkəmizdə uşaq əməyinin istismarı hallarına qarşı həyata keçirilən maarifləndirmə tədbirlərindən, uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün görülən işlərdən və qarşıda dayanan vəzifələrdən bəhs edilib, təkliflər dinlənilib.






