Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə daim diqqət və qayğı ilə yanaşılır

09 may 2021 | 16:00

Zərdab rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.
Müqəddəs Ramazan bayramı ərəfəsində  Vətən müharibəsində  şəhid olmuş 8 həmyerlimizin ailələri  Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara bayram sovqatları çatdırılıb.
Ziyarət zamanı öz arzu və istəklərini bildirən şəhid ailələrinin üzvləri  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər