11.09.2025-ci il tarixdə “39 saylı Yol İstismarı” MMC-də “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
11 sentyabr 2025 | 17:54
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova, qrupun üzvü, Rayon İcra Hakimiyyətinin əməkdaşı Şövqi Qafarov, “39 saylı Yol İstismarı” MMC-nin əmək kollektivi iştirak etmişdir. Görüşdə “Bütöv və Suveren Azərbaycan!”, “Yeni inkişaf növbəti uğurlara imkan yaradır” mövzularında çıxışlar edilmiş, cənab Prezidentin işğaldan azad edilmiş ərazilərimizə növbəti səfərlərindən, eyni zamanda ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarından bəhs olunmuş, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və müzakirələr aparılmışdır.






